Norveç MH-60R "Seahawk" dəniz helikopteri alacaq

2023/03/MH-60-1679123017.jpg
Oxunub: 221     15:34     18 Mart 2023    
Norveç Hərbi Dəniz Qüvvələri NH90 helikopterlərini əvəz etmək üçün MH-60R "Seahawk" dəniz helikopterlərini tədarük edəcək.

Ordu.az "Janes"ə istinadən xəbər verir ki, Norveç tədarük gecikmələri səbəbiylə inventarda istifadə oluna bilməyən NH90 helikopterlərini əvəz etmək üçün ABŞ-dan MH-60R "Seahawk" helikopterləri almağa qərar verib.

ABŞ-dan alınacaq MH-60R "Seahawk" helikopterlərinin 2025-2027-ci illər arasında Norveçə çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Almaniya, Fransa, İtaliya və Hollandiya 1992-ci ildə Avropanın ümumi təyinatlı helikopterlərə ehtiyacı üçün birgə fəaliyyətə başlayıb. Sözügedən ölkələrin qurduğu "NH Industries" tərəfindən istehsalına başlanan NH90 helikopteri ilk uçuşunu 1995-ci ildə edib. Helikopter 2007-ci ildə istismara verilib. NH90-da yüksək texniki xidmət xərcləri, aşağı döyüş hazırlığı səviyyəsi və istənilən uçuş saatına çata bilməmək kimi problemlər mövcuddur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Helikopter  


Bizi "telegram"da izləyin