Ordu.az-ın məlumatına görə, bu barədə TUSAŞ PUA Sistemləri baş direktorunun müavini Ömer Yıldız CNN TÜRK-ə müsahibəsində bildirib.
Yıldız "Aksungur" PUA-nın istehsal prosesi haqqında da məlumat verib. İndiyədək 8 "Aksungur" PUA istehsal edildiyini bildirən Yıldız, 9-14 aralığında 6 PUA-nın da istehsal xəttində olduğunu bildirib.
Öz imkanları ilə seçilən "Aksungur" PUA-nın istehsalı da geniş vüsət alıb. Yıldız 3 ayda 1 "Aksungur" PUA istehsal edilərkən, istehsal qabiliyyətini ayda 1 istehsala çatdırdıqlarını bildirib. Qısa müddətdə 2 "Aksungur" PUA istehsal ediləcəyini bildirən Yıldız, ixrac prosesi haqqında da məlumat verib.
O, "Aksungur" PUA-larının indiyədək Qırğızıstan və Anqolaya ixrac edildiyini, lakin tədarüklərin hələ başlamadığını bildirib.
Sevinc Əliyeva
Ordu.az