"Rusiya vicdanla heç bir əlaqəsi olmayan bir dövlətdir" - Şirinyan

2019/09/4564-1569234310.jpg
Oxunub: 359     17:20     18 Mart 2023    
"Rusiya vicdanla heç bir əlaqəsi olmayan bir dövlətdir".

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Levon Şirinyan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarovanın bəyanatını şərh edərkən belə deyib.

Onun sözlərinə görə, Rusiya Ermənistana qarşı soyuq müharibə aparır.

Şirinyan qeyd edib ki, Rusiyanın hər hansı bir kağızdakı imzasının qiyməti yoxdur.

"Rusiya çətin vəziyyətə düşüb, ya öhdəliyinizi yerinə yetirirsiniz, ya da başqa kontingent gələcək. Rusiya süqutla üz-üzədir, Ukrayna mübarizə aparır. Rusiya Ermənistanı bir gecədə tərk edə bilər, başqa sülhməramlı kontingent istiqamətində işləmək lazımdır", - deyə Şirinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şirinyan   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin