Ermənistan İstintaq Komitəsi təsdiq edib ki, Ağkilsə kəndində yerləşən hərbi hissənin yanması nəticəsində 15 erməni hərbi qulluqçunun ölməsi işi üzrə erməni kapitan Yeğişe Hakopyan həbs edilib və hazırda onun həbsi ilə bağlı məsələ məhkəmədə araşdırılır.
Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil, yanğından zərər çəkənlərin hüquqlarının səlahiyyətli nümayəndəsi Norayr Norikyan öz "Facebook" səhifəsində yazıb.
“Söhbət hərbi sığınacağın sobasını benzinlə yandırmağa çalışan zabitdən gedir”, - deyə erməni vəkil aydınlıq gətirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Yanğın
Həbs