Erməni deputat təşvişdə: "Hərbi texnika toplanır, Göyçədən, Tavusdan, Qarabağdan həyəcan təbilləri almışam"

2023/03/bn12m-1679121896.jpg
Oxunub: 412     14:01     18 Mart 2023    
"Mən hər gün sərhəd bölgəsinin sakinləri ilə, gördüklərindən xəbərdar olan hərbçilərlə əlaqə saxlayıram. Onlar hərəkətlənmə görmüşdülər və məni xəbərdar etmişdilər".

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin "Şərəfim var" fraksiyasının deputatı Taquhi Tovmasyan deyib.

Onun sözlərinə görə, aydındır ki, hərbi texnika cəmləşirsə, bu, boş yerə edilmir, müəyyən əməliyyata hazırlıq üçün edilir.

"Göyçədən, Tavusdan və Qarabağdan həyəcan təbilləri almışam. Hərbi texnika yerdəyişməsi olub və bu, insanları narahat edib. Artıq kifayət qədər böyük və gərgin reaksiya var, hamı maraqlanır. Müxtəlif fövqəlgüclərdən ən yüksək səviyyədə reaksiyalarım var. Bildirirlər ki, onlar gedişatı izləyirlər və gələcək prosesləri böyük diqqətlə izləyəcəklər, müəyyən hərəkətlərin qarşısını almağa çalışacaqlar", - deyə Tovmasyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təşviş   Hərbi-texnika  


Bizi "telegram"da izləyin