ISW: Rusiya Ermənistandakı təsirini itirir

2023/03/12454-1679121776.jpg
Oxunub: 205     12:56     18 Mart 2023    
"Sülhməramlı qüvvələrin" Qarabağdan Ukraynaya yeridilməsi Rusiyanın Ermənistana təsirini pozacaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu (ISW) öz hesabatında yazıb.

Qeyd olunub ki, martın 16-da Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı yeni "genişmiqyaslı hücum" hazırlamaqda və həyata keçirməkdə ittiham edib.

"Paşinyan bildirib ki, Rusiya Qarabağda 2020-ci il noyabrın 10-da Moskvanın vasitəçiliyi ilə imzalanmış atəşkəs razılaşmasını saxlaya bilməsə, Ermənistan BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir. Bundan əvvəl Paşinyan Rusiyanın Qarabağdakı "sülhməramlı qüvvələri"ni "2022-ci ildən sonra öhdəliklərini yerinə yetirməməkdə" ittiham edib. Dekabrda Rusiya qüvvələri Ermənistan və Qarabağ arasında yeganə yol olan Laçın yolu ilə keçidi təmin edə bilməyiblər. Daha doğrusu, Rusiyanın Qarabağdakı "sülhməramlı qüvvələri" tam təchiz olunmayıb. Rusiya hərbçiləri Rusiyanın Qarabağdakı yeganə ixtisaslaşmış sülhməramlı briqadası olan 15-ci Əlahiddə Qvardiya Motoatıcı Briqadasını 2022-ci ilin martında Qarabağdan Ukraynaya göndərərək yenidən yerləşdirmə həyata keçiriblər. 2022-ci ilin iyun ayına kimi Ukraynaya göndərilən briqadanın 1800 əsgərindən 800-ü öldürülüb, 400-ü isə yaralanıb. Moskva Qırğızıstan, işğal olunmuş Gürcüstan əraziləri (Abxaziya və Cənubi Osetiya) və Tacikistandakı bazalarından daimi yerləşdirilmiş rus qoşunlarını Ukraynaya köçürdüyü üçün Rusiyanın digər postsovet ölkələrində hərbi təsirini itirməsi ehtimalı var", - deyə hesabatda qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin