Erməni hərbi ekspert: "Rasmussenin Ermənistana gəlişi bölgənin tezliklə partlayacağı anlamına gəlir"

2023/03/03212-1679121540.jpg
Oxunub: 376     12:29     18 Mart 2023    
"Ermənistanın hazırkı hakimiyyəti KTMT ilə müqavilə imzalamaq prosesinə başlayıb".

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.

Onun sözlərinə görə, bu, prosesdir və doğru yanaşma deyil ki, Nikol Paşinyan və onun siyasi qrupu Ermənistandan KTMT-dən çıxmaq lazımdır desələr, dərhal çıxacaqlar.

Nahapetyan qeyd edib ki, bu, bir prosesdir, uğur qazanıb-qazanmayacağı böyük sual işarəsidir.

"Niyə NATO-nun təyin etdiyi yeni müşahidəçi, NATO-nun keçmiş baş katibi Anders fon Rasmussen Ermənistana gəldi və nə az, nə çox, Cermuka getdi? Vəziyyət bizim üçün fəlakətlidir, Rasmussenin Ermənistana gəlişi bölgənin tezliklə partlayacağı anlamına gəlir", - deyə Nahapetyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rasmussen   Ermənistan  


Bizi "telegram"da izləyin