Ordu.az xəbər verir ki, mərasimdə Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak edib.
Mərasimin açılışında Çanaqqala qurbanları yad edilib, Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.
Tədbir iştirakçıları Türk Şəhidliyindəki xatirə abidəsinin qarşısına əklillər qoyub.
Mərasim Şəhidlər xiyabanını ziyarətlə başa çatıb.
Ordu.az