Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Hetq" nəşri yazıb.
Nəşrin məlumatına görə, Türkiyə ilə həmsərhəd olan "Marqara" keçid məntəqəsinin yenidən fəaliyyət göstərə biləcəyi halda, qeyd olunan tikililər və torpaq sahələri gömrük nəzarəti prosesi üçün istifadə olunacaq.
Qeyd olunub ki, icmanın ağsaqqallar şurası Ermənistan DGK-nin rəhbərinin, Armavir vilayəti rəisinin yazıları və icmanın rəhbəri Vahram Xaçatryanın tövsiyəsi əsasında fevralın 17-də qərar qəbul edib.
"Şuranın qərarından sonra tərəflər arasında notariat qaydasında təsdiq edilməli və dövlət qeydiyyatına alınmalı olan ianə müqaviləsi bağlanmalıdır", - deyə nəşr bildirib.
Nəşr Metsamor icma başçısının birinci müavini Edqar Hovhannisyandan şuranın icma əmlakını Ermənistan DGK-yə hansı məqsədlə bağışladığını soruşub.
Şəhər başçısının müavini məqsədlə bağlı məlumatı olmadığı üçün Ernmənistan DGK ilə əlaqə saxlamağı məsləhət görüb.
O sadəcə qeyd edib ki, adıçəkilən tikililər və onlara xidmət edən torpaq sahələri əvvəllər dövlətə məxsus olub, son illərdə icmaya verilib, indi yenidən dövlət öz əmlakını geri alır.
Alpər Mövludoğlu
Ordu.az