"Joğovurd": Ermənistan İstintaq Komitəsi və Prokurorluq arasında uçurum dərinləşir

2023/03/12155-1679120793.jpg
Oxunub: 128     11:23     18 Mart 2023    
Ermənistan İstintaq Komitəsinin və Prokurorluğunun suları eyni arxda axmır və hüquq-mühafizə sisteminin iki strukturunun daxili çəkişməsi bir gün partlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" nəşri yazıb.

Nəşr qeyd edib ki, iki sistem arasında vəziyyət İrəvan şəhərində xüsusilə gərgindir.

"Xüsusən də İstintaq Komitəsinin müstəntiqləri bir çox hallarda prokurorların göstərişləri ilə razılaşmır və onların çıxardığı qərarlara etiraz edir, onların arasında canlı ünsiyyət yoxdur. Ən diqqətçəkən məqam isə odur ki, müstəntiq və prokurorların etirazları ancaq söyüşdən, bir-birini ağır təhqir etməkdən ibarətdir. Prokurorların və müstəntiqlərin bu ziddiyyəti prosesdə ibtidai araşdırmanın gedişinə təsir edir, məhkəmə prosesinin xüsusi iştirakçılarının hüquqları pozulur. Məlumata görə, böyük ehtimalla vəkillər yaxın gələcəkdə belə bir bəyanatla çıxış edəcəklər ki, bu iki qurumun ziddiyyəti nəticəsində vətəndaşlar əziyyət çəkir, ona görə də Ermənistan Baş prokuroru Anna Vardapetyan və İstintaq Komitəsinin sədri Argişti Kyaramyan konkret addımlar atmalıdırlar, əks halda böyük iğtişaşlar yaranır", - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İstintaq-Komitəsi   Prokurorluq  


Bizi "telegram"da izləyin