Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" nəşri yazıb.
Nəşrin mənbəsinin sözlərinə görə, iki ildən sonra Konstitusiyaya Dəyişikliklər Komissiyası faktiki olaraq işi başa çatdırıb və layihəni Venesiyaya göndərib.
"Üstəlik, mənbəmizin sözlərinə görə, Venesiya Komissiyası ilkin rəyini təqdim edib (hələlik qeyri-rəsmi səviyyədə). Hüquq ictimaiyyətində yüksək reputasiyası olan şəxslərdən biri bizimlə söhbətində qeyd etdi ki, nəticə gözləniləndən qat-qat sərtdir. Komissiyada əsasən yeni konstitusiyada aşkar avtoritarizm elementlərinin yer aldığı vurğulanıb, parlament idarəetmə sistemində qəbul edilmiş standartların ciddi şəkildə pozulması faktları önə çəkilib (xüsusilə Baş nazirin təhlükəsizlik məsələlərində səlahiyyətləri ilə bağlı). Həmçinin dolayısı ilə eyham vurublar ki, belə keyfiyyətdə olan konstitusiya paketi ilə referenduma getmək açıq antidemokratik prosesdir", - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az