Ermənistanda hərbi təşkilat sədri bütün vilayəti ələ keçirmək istəyir

2020/11/sasun-1604558105.jpg
Oxunub: 203     10:32     18 Mart 2023    
Kotayk vilayətindəki mənbələr bildirirlər ki, "Yerkrapah" hərbi təşkilatının sədri Sasun Mikayelyanla vilayətin rəisi Aharon Sahakyan arasında münasibətlər gərginləşib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.

Qeyd olunub ki, "Yerkrapah" hərbi təşkilatının sədri vilayət rəisi müavini olan kürəkəni Vasak Vardanyanı vilayət rəisi vəzifəsində görür və bunun üçün mübarizə aparır.

"Mikayelyan müharibədən sonra gizli fəaliyyətə keçmişdi, onu hakim partiyanın seçki siyahısına salmayıblar, deyəsən hakimiyyətdən xain damğasını paylaşmamaq üçün özünü hakimiyyətdən ayırmağa çalışırdı, təzəlikcə arenaya qayıdıb, Paşinyanı və hakimiyyətin siyasətini müdafiə edir. Bu "fədakarlığın" müqabilində belə bir təzminat tələb edir ki, Kotayk vilayəti ona verilsin. Ancaq mənbələrimiz bunun olmayacağını, bir az çox olacağını deyir. Oğlu Hrazdan şəhərinin rəisi, kürəkəni qubernator müavinidir, qızı isə vilayət bələdiyyəsində işləyir, hələ başqa vəzifələrdən danışmırıq", - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mikayelyan  


Bizi "telegram"da izləyin