Ötən gün qondarma qurumun "parlament"ində qapalı müzakirə baş tutub, separatçılar Qurqen Nersisyan, Mexak Arzumanyan, Samvel Qriqoryan, Qriqori Sahakyan, Armen Gevorqyan və digərləri iştirak ediblər.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.
Nəşr qeyd edib ki, iclasda humanitar məsələlərin müzakirəsi ilə yanaşı, sığınacaqların qaydaya salınmasının vacibliyi də müzakirə olunub.
"Bu müzakirənin səbəbi nədir? Yeni eskalasiyaya hazırlaşırlar? Mənbəmiz bildirdi ki, Qarabağın 30 ildir yaşadığı hərbi vəziyyət şəraitində sığınacaq məsələsi həmişə diqqət mərkəzində olmalıdır", - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Separatçılar
Eskalasiya