Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb

2023/02/78745-1676955256.jpg
Oxunub: 168     05:17     18 Mart 2023    
Slovakiya və Ukrayna “MiQ-29” qırıcılarının Kiyevə təhvil verilməsi haqqında saziş imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Slovakiyanın TASR informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, Slovakiyanın müdafiə naziri vəzifəsini icra edən Yaroslav Nad Ukraynanın Bratislavadakı səfiri Miroslav Kastran ilə respublikanın Kiyevə 13 ədəd “MiQ-29” qırıcı təyyarəsinin bağışlanmasına dair hökumətlərarası saziş imzalayıb.

Slovakiya tərəfi həmçinin Ukraynaya iki hava hücumundan müdafiə sistemi “Kub” təhvil verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Ukrayna  


Bizi "telegram"da izləyin