Ordu.az-ın xəbərinə görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Ukrayna prezidenti Vladimir Zelenski üçün nəyi nəzərdən keçirməyə hazır olub-olmaması barədə danışmayacağam. Bu yaxınlarda kifayət qədər yüksək səslə danışdı - o mənada ki, bunu dəstəkləmir. Amma mən prezident Zelenskinin yerinə danışmayacağam, bizim üçün danışıram”, – Kirbi deyib.
Ordu.az