Serbiya lideri: "Dünya üçüncü dünya müharibəsinin astanasındadır"

2020/08/98798-1596448452.jpg
Oxunub: 161     02:35     18 Mart 2023    
Dünya üçüncü dünya müharibəsinin astanasındadır.

Ordu.az-ın məlumatına görə, bunu cümə günü Serbiya prezidenti Aleksandr Vuçiç Sremska Mitrovitsada xalqa müraciətində deyib.

"Qorxuram ki, biz III Dünya Müharibəsinin başlanğıcından çox da uzaqda deyilik" Vuçiç vurğulayıb.

Prezidentin sözlərinə görə, o, Serbiyanın belə hadisələrin nəticələrinin öhdəsindən gələ biləcəyinə əmin deyil. Dövlət başçısı vurğulayıb ki, respublika hakimiyyətinin məqsədi “öz ölkəsini qorumaqdır”, onun işi isə “yüzlərlə insan öləndə” xalqının həyatını xilas etməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Vuçiç  


Bizi "telegram"da izləyin