ABŞ Türkiyənin Finlandiya ilə bağlı addımını təqdir edib

2021/09/000_9-1632286038.jpg
Oxunub: 133     02:19     18 Mart 2023    
Birləşmiş Ştatlar Prezident Ərdoğanın Finlandiyanın NATO-ya üzvlük protokollarını Türkiyə Parlamentinə göndərəcəyi ilə bağlı açıqlamasını alqışlayır və bu prosesin tez bir zamanda tamamlanmasını səbirsizliklə gözləyir.

Ordu.az-ın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Biz Türkiyəni İsveçin üzvlük protokollarını da tez bir zamanda ratifikasiya etməyə çağırırıq. Bundan əlavə, Macarıstanı həm Finlandiya, həm də İsveç üçün ratifikasiya prosesini gecikdirmədən başa çatdırmağa çağırırıq. İsveç və Finlandiya NATO-nun dəyərlərini bölüşən və Alyansı gücləndirəcək və Avropanın təhlükəsizliyinə töhfə verəcək güclü, bacarıqlı tərəfdaşlardır. ABŞ hesab edir ki, hər iki ölkə tez bir zamanda NATO-ya üzv olmalıdır” – Blinken qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   Finlandiya  


Bizi "telegram"da izləyin