Belçika Ukraynaya 230 hərbi avtomobil verəcək

2023/03/1679112951.jpg
Oxunub: 140     01:47     18 Mart 2023    
Belçika gələn həftədən Ukraynaya müxtəlif tipli 230 hərbi maşından ibarət partiya tədarük etməyə başlayacaq.

Ordu.az-ın məlumatına görə, bu barədə cümə günü DPA agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Söhbət 150 hərbi yük maşını və 80 zirehli çoxməqsədli maşından gedir. Krallığın Müdafiə Nazirliyi agentliyə bildirib ki, onların çatdırılması gələn həftə başlamalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Ukrayna  


Bizi "telegram"da izləyin