Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı qərarına münasibət bildirib

2023/02/1677323989.jpg
Oxunub: 211     01:04     18 Mart 2023    
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsində işin real perspektivə malik olduğuna əmindir.

Ordu.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Zelenski ukraynalılara axşam videomüraciətində deyib.

“Bu gün beynəlxalq ədalətin ciddi qərarı var. Real perspektivin olduğu bir halda. Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verib. Tarixi məsuliyyətin başlayacağı tarixi qərar. Terrorçu dövlətin başçısı və daha bir Rusiya rəsmisi rəsmən hərbi cinayətdə şübhəli bilinib. Ukraynalı uşaqların deportasiyası - minlərlə övladımızın terrorçu dövlətin ərazisinə qanunsuz köçürülməsidir”, - deyə Ukrayna lideri vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin