Türkiyə XİN Avropa Parlamentinin Ermənistanla bağlı hesabatını əsassız adlandırıb

2022/11/16421-1668262632.jpg
Oxunub: 178     01:02     18 Mart 2023    
“Avropa Parlamenti 15 mart 2023-cü il tarixli “Aİ-Ermənistan münasibətləri” adlı növbəti hesabatında ölkəmiz və 1915-ci il hadisələri ilə bağlı əsassız iddialara yer verməkdə israr etdiyi görülməkdədir”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bildirib.

“Tarixi faktlarla, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu fikirlərin bizim üçün heç bir əsası yoxdur. Biz Avropa Parlamentini bu cür birtərəfli və əsassız iddiaları təkrarlamaqdansa, siyasi əxlaqa və beynəlxalq hüquqa uyğun hərəkət etməyə dəvət edirik”, - XİN rəsmisi vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   XİN   Ermənistan  


Bizi "telegram"da izləyin