Ordu.az xəbər verir ki, bu barədə J. Borel tviterdə bildirib.
“Cinayətlərin şiddəti və BCM-nin bəyanatı öz-özündən xəbər verir”, - Aİ-nin baş diplomatı vurğulayıb.
“Bu, beynəlxalq ədalət və Ukrayna xalqı üçün mühüm qərardır. Biz Avropa İttifaqında həmişə açıq şəkildə bildirmişik ki, Ukraynaya qarşı qanunsuz təcavüzün günahkarları məsuliyyətə cəlb edilməlidir", - J. Borel qeyd edib.
Borel əlavə edib ki, bu həbs qərarı Ukraynada hərbi cinayətlərə görə potensial günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi prosesinin yalnız başlanğıcıdır.
Ordu.az