Filippin FNSS-lə məhdudlaşmır, MKE-nin BORAN haubitsaları ilə maraqlanır

2023/03/boran-5037133704.jpg
Oxunub: 341     13:00     17 Mart 2023    
Filippin 105 mm yüngül, yedəkdə daşınan haubitsalara olan ehtiyacı ödəmək üçün MKE BORAN, M119A3 və “Nexter LG1 Mk.3” haubitsalarını qiymətləndirir.

Yeni nəsil 105 mm-lik haubitsa ehtiyacını qarşılamaq istəyən Filippin ordusu MKE BORAN, ABŞ-ın M119 və Fransanın “Nexter LG1 Mk.3” haubitsalarını qiymətləndirir. BORAN 2022-ci ilin dekabrında Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

105 mm-lik BORAN haubitsası müstəqil hərəkət üçün özündə RAP (Rocket assisted projectile) raket mühərrikini birləşdirən artilleriya mərmisi ilə 17 km məsafəyə çata bilir. Sözügedən sursatın lülənin içərisində yaradacağı təzyiq hələ sınaqdan keçirilməyib. 105 mm-lik BORAN haubitsasının çəkisi dəqiq olmasa da, bütün ASELSAN atəşi idarəetmə sistemi ilə birlikdə 1710 kq olaraq ifadə edilir. Dünyadakı analoqları ilə eyni səviyyədə olan haubitsanın yerdə daha möhkəm oturması və atış dəqiqliyinin təmin edilməsi üçün çəkisinin daha da aşağı endirilməməsi planlaşdırılır.


BORAN Haubitsa Layihəsi

ağlıq ərazilərdə və ərazilərdə komando bölmələrinin ehtiyac duyduğu intensiv atəş dəstəyini təmin etmək üçün yüngül yedəkdə daşınan artilleriya qurğularına ehtiyac var. Soyuq Müharibə bitdikdən sonra azalan hərtərəfli cəbhə müharibəsi riski öz yerini asimmetrik və regional vəkalət müharibələrinə verib.

2000-ci illərin əvvəllərində Türkiyə ordusuna yüngül taktiki təkərli nəqliyyat vasitələri ilə yedəkdə daşınan və yeri asanlıqla dəyişdirilə bilən, havadan helikopterlərlə daşınan və ya paraşütlə təyyarədən endirilən və əməliyyat zonalarında quru qoşunlarını dəstəkləyə bilən müasir artilleriya qurğuları lazım idi. Müasir atəş dəstəyi bölmələri ilə təchiz ediləcək bu yeni haubitsanın hazırlanması üçün Müdafiə Sənayesi İdarəsinin təşəbbüsü ilə həyata keçirilən layihə 6 noyabr 2009-cu ildə imzalanmış müqavilə ilə qüvvəyə minib.

Müxtəlif mənbələrdə L118 prototipində formalaşdırıldığı bildirilən “Boran” 105 mm artilleriya qurğusunun çəkisi 1700 kq olaraq bildirilir. Ancaq son təkmilləşdirmələrlə haubitsanın çəkisi layihənin əvvəlində tələb olunan 1550 kq-a yaxınlaşıb. Layihənin yenidən nəzərdən keçirilməsindən sonra haubitsanın yüngüllüyü prioritetini itirib və dayaq yerinə amortizator əlavə edilib.

Daha yüngül haubitsaya əlavə edilən amortizator sistemi atışdan sonra haubitsanın az sıçramasına, lülənin arxaya təpməsinə səbəb olub, lakin inkişaf etdirilmiş amortizasiya sistemi ilə təpmə problemi həll olunub.

FNSS-dən Filippinə silah qülləsinin çatdırılması

FNSS istehsalı olan “Saber” silah qüllələri Filippin ordusunun ACV-15 Zirehli Personel Daşıyıcılarına (ZPD) inteqrasiya edilib. 25 yanvar 2023-cü il tarixində generalların iştirakı ilə mərasim keçirilib və nəqliyyat vasitələri təqdim olunub. Filippin ordusunu RAFPMP proqramı çərçivəsində modernləşdirir.


Modernləşdirmə çərçivəsində avtomobillər top qüllələri ilə yanaşı müasir rabitə, naviqasiya və silah sistemləri ilə də təchiz edilib. Beləliklə, bu maşınlar döyüş meydanında manevr edən bölmələrə yaxın və dərhal dolayı atəş dəstəyi verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   BORAN  


Bizi "telegram"da izləyin