Türkiyə “Dynamic Manta 2023” təlimində iştirak edib

2023/03/FrB_0-1679044448.jpg
Oxunub: 179     16:10     17 Mart 2023    
İtaliyanın ev sahibliyi ilə keçirilən “Dynamic Manta 2023” təlimi NATO tərəfindən 27 fevral - 12 mart tarixləri arasında Aralıq dənizində keçirilib.

Ordu.az xəbər verir ki, təlimlərə Kanada, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Türkiyə, İngiltərə və ABŞ daxil olmaqla ümumilikdə 9 ölkə qatılıb.

“Dynamic Manta” təlimi NATO tərəfindən 2006-cı ildən etibarən hər il müttəfiq ölkələrin iştirakı ilə keçirilir. Türkiyə Hərbi Dəniz Qüvvələri “Barbaros” sinfinə məxsus “F-244 TCG Barbaros” freqatı və “Preveze” sinfinə məxsus “S-353 TCG Preveze” sualtı qayığı ilə iştirak edib.

Qeyd olunan təlimlər 2006-cı ildən NATO tərəfindən hər il müttəfiq ölkələrin iştirakı ilə həyata keçirilir. Təlimdə sualtı döyüşlə bağlı məşğələlər də keçirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Təlim  


Bizi "telegram"da izləyin