Ordu.az xəbər verir ki, bunu bunu rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert Stanislav Tarasov deyib.
Onun sözlərinə görə, indi söhbətin mövzusu humanitar məsələlərdir, amma ümid etmək lazımdır ki, bu müzakirələr siyasi dialoqa gedəcək.
Tarasov qeyd edib ki, Bakı ilə Qarabağ erməniləri uğur qazansa, İrəvan prosesdən kənarda qalacaq.
“Onlar öz aralarında razılaşacaqlar. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması onun Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması deməkdir. Bakı da deyir ki, onlar bizim vətəndaşlarımızdır, onlarla razılaşacağıq. Bakı Qarabağ erməniləri ilə razılaşarsa, Ermənistan ümumilikdə prosesdən kənarda qalacaq, hətta Laçın yolunda sərhəd-keçid məntəqəsi qura, Ermənistanla sərhədi çəkə bilərlər”, - deyə o bildirib.
Tarasov vurğulayıb ki, heç kim öz əsgərini Qarabağa göndərməyəcək, ona görə də Avropa İttifaqı başlayan dialoqun əleyhinə deyil.
Sevinc Əliyeva
Ordu.az