“2022-ci ilin birinci yarısında Ermənistandan Türkiyəyə zərgərlik məmulatları deyil, 20 milyon 167 min ABŞ dolları (353,1 kiloqram) xam qızıl ixrac edilib ki, bu da Ermənistandan Türkiyəyə ümumi ixracın 99 faizini təşkil edib”.
Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Kristin Vardanyan “Facebook” səhifəsində yazıb.
“Ola bilsin ki, siz bu gün parlamentin İqtisadi məsələlər daimi komissiyasının iclasını görmüsünüz, orada Türkiyəyə ixrac olunan malların strukturu müzakirə edilən zaman mübahisə yaranıb. Mübahisənin bir hissəsi şəbəkədə yayıldı, lakin müzakirə olunan məsələ həqiqətən vacib olduğu halda diqqətdən kənarda qaldı. Parlamentin “Hayastan” fraksiyasının deputatı Tadevos Avetisyan müstəqillik dövründə sərhədlərin bağlanması halında Ermənistan-Türkiyə ticarətini araşdırıb və aşağıdakıları qeyd edib. Türkiyədən Ermənistana idxal ildə ixracdan orta hesabla 150 dəfə çoxdur, yəni sərhədlər bağlı olsa belə, Ermənistan bazarı türk məhsulları ilə doludur, Ermənistan isə Türkiyə bazarı üçün cəlbedici məhsullar təklif edə bilmir və buradakı problem sərhədin açıq və ya qapalı olması deyil, Türkiyə bazarında erməni məhsullarının rəqabət qabiliyyətinin olmamasıdır. Əvəzində Tadevos Avetisyan ötən ilin birinci yarısında Türkiyəyə ixracın strukturunda çox diqqətəlayiq sapma aşkar edib”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Türkiyə