Ordu.az-ın xəbərinə görə, bunu bu gün Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib.
Baş nazir deyib ki, bu kontekstdə yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan Zəngəzur dəhlizi çərçivəsində öz ərazisində lazımi infrastrukturun yaradılması ilə bağlı işləri sürətlə davam etdirir. Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlər 38%, Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd avtomobil yolu üzrə isə 74% yerinə yetirilib. Hər iki yolun tikintisi 2024-cü ildə başa çatacaq”.
Ordu.az