İranda yoxa çıxmış Azərbaycan vətəndaşının yaxınları İran səfirliyinin qarşısında piket keçirib - FOTO

2023/03/sdfsd-1679038552.jpg
Oxunub: 369     11:27     17 Mart 2023    
Almaniyadakı Yena Universitetinin azərbaycanlı tələbəsi, İranda yoxa çıxan 27 yaşlı Fərid Səfərlinin yaxınları İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirib.

Ordu.az xəbər verir ki, piket iştirakçıları "Fəridi qaytarın!", "Biz məlumat istəyirik!", "Fəridi azad edin!", "Fəriddən xəbər verin!" kimi şüarlar səsləndiriblər.

Sonda onlar İran səfirliyinə piketlə bağlı qətnamə təqdim ediblər.

Qeyd edək ki, Almaniyadakı Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərli İranda itkin düşüb.

Məlumata görə, Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib.

F. Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, ondan hələ də xəbər yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fərid-Səfərli   İran  


Bizi "telegram"da izləyin