Ordu.az xəbər verir ki, bunu Stenford Universitetinin eksperti, erməni politoloq Artur Xaçikyan deyib.
Onun sözlərinə görə, sülh dövrü uğursuz olub, Ermənistanın xarici siyasəti də iflasa uğrayıb, Qərbdən real vədlər, razılaşmalar, təminatlar yoxdur.
“Rusiya ilə münasibətləri pozduq, indi deyirik ki, KTMT özü Ermənistandan çıxmaq istəyir. Yeni günahkarlar tapdılar, məlum olur ki, ordu günahkardır. Bu vəziyyətdən çıxmaq üçün real plan yoxdur”, - deyə Xaçikyan bildirib.
Xaçikyan qeyd edib ki, Ermənistan hakimiyyəti Qarabağdakı separatçıları Azərbaycanın nəzarətinə tabe olmağa məcbur edəcək.
O vurğulayıb ki, bu gün Ermənistanın heç bir müttəfiqi yoxdur.
“Qərblə bağlı ruh yüksəkliyi bizə heç nə vermədi, digər tərəfdən isə KTMT-dən çıxmaq üçün bəhanə yaradırıq. Yəni biz real müttəfiqlərdən məhrumuq, amma alternativimiz yoxdur. Bu, total fiaskodur, hərbi, diplomatik, dövlət fiaskosudur”, - deyə Xaçikyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az