Ordu.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa müraciətində bildirib.
“Toyda sərxoşun pul atdığı kimi dünyada hamı silah alır. Hamı ciddi şəkildə silahlanır, sanki sabah qiyamət günüdür”, - Vuçiç bildirib.
Serbiya Prezidenti Belqradın silah satmağa və müdafiə sənayesindən pul qazanmağa davam edəcəyini bəyan edib:
“Biz icazə verilən ölkələrə silah satmışıq və satmağa da davam edəcəyik. Müharibədə görünəcəkmi - təbii ki, görünəcək, həmişə belədir. Amma biz bunu davam etdirəcəyik”.
Ordu.az