Ordu.az xəbər verir ki, bu barədə "Koreyanın Səsi" radiostansiyasını məlumat yayıb.
"ABŞ və Cənubi Koreya qüvvələrinin KXDR-ə qarşı keçirdikləri təxribatçı və aqressiv irimiqyaslı hərbi təlimlər səbəbindən Koreya yarımadasında ən qeyri-sabit vəziyyət yaranır. Bu ciddi şəraitdə, martın 16-da Koreya İşçi Partiyasının Mərkəzi Hərbi Komissiyası "Xvasonq-17" qitələrarası ballistik raketini sınaqdan keçirilməsi barədə qərar qəbul edib", - deyə məlumatda bildirilir.
Raket Pxenyandakı aerodromdan buraxılıb. O, min kilometr uçub və maksimal uçuş hündürlüyü 6045 kilometr olub.
Ordu.az