Hindistan 8,52 milyard dollar dəyərində silah alır

2023/03/2df1g-1678988949.jpg
Oxunub: 377     21:15     16 Mart 2023    
Hindistanın müdafiə naziri Rajnath Sinqhin sədrlik etdiyi Müdafiə Təchizat Şurası Silahlı Qüvvələrin bütün növləri üçün 705,84 milyard rupi (8,52 milyard ABŞ dolları - Red) dəyərində hərbi texnika və silahların alınmasını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Departamentinin mətbuat xidməti məlumat yayıb.

Alınan silahların 98,9%-i Hindistan istehsalıdır.

Satınalmalara 307 ədəd yedəkli 155 mm-lik artilleriya sistemi, Hindistan-Rusiya birgə müəssisəsi olan “BrahMos Airspace” tərəfindən istehsal edilən 200 ədəd dənizdən buraxılan səsdən sürətli “BrahMos” qanadlı raketi, “Su-30MKI” qırıcıları və elektron döyüş təyyarələri üçün yüksək dəqiqlikli silahlar daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Silah  


Bizi "telegram"da izləyin