Ordu.az xəbər verir ki, bu barədə yerli “ERR News” xəbər agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Estoniya müdafiə nazirinin Ukraynaya silah göndərilməsi ilə bağlı təklifi ölkə rəsmiləri tərəfindən müsbət qarşılanıb. Yardım paketinə yarımavtomat və snayper tüfəngləri, optik nişangahlar, durbinlər, müxtəlif döyüş sursatları, xüsusi avadanlıqlar, patrul katerləri və termal görüntü cihazları daxildir.
Həmçinin əlavə olunub ki, hərbi yardım çərçivəsində müxtəlif tibbi avadanlıqlar da göndəriləcək.
Ukraynaya yardım paketinin ümumi məbləği təxminən 495 000 avro təşkil edir.
Ordu.az