Ordu.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.
Onun sözlərinə görə, Rusiya silah-sursat çatışmazlığı yaşayır: “Biz dəqiq bilirik ki, onlar İranla fəal əməkdaşlıq edirlər. Amma Yaxın Şərq və Afrika ölkələri ilə də danışıqlar gedir”.
V.Skibitski bildirib ki, İran Rusiyanın əsas hərbi tərəfdaşı olaraq qalır: “İran Rusiyanı döyüş sursatları və pilotsuz təyyarələrlə təmin edir. Moskva isə ballistik raketlərin də tədarükünə çalışır. Amma Tehran bu məsələdə hələ gözləyir”.
Ordu.az