“Paşinyan “Qarabağ Ermənistandır, vəssalam” deyib, bəs bu onda necə alındı?” - Zatulin

2018/11/15552-1543568848.jpg
Oxunub: 420     20:18     16 Mart 2023    
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistan hakimiyyətini bəzi şəxslərin ölkəyə girişinə qadağa qoymasına vadar edən səbəblərlə bağlı ötəngünkü açıqlamalarına münasibət bildirib.

Ordu.az Zatulinin Paşinayana cavabını təqdim edir:

“Ötən gün Ermənistan Baş naziri Paşinyan arzuolunmaz həmvətənlərin və dostların Ermənistana girişinə qadağa qoymaqla bağlı yorulmaz fəaliyyətini şərh etməyi zəruri hesab edib. Ona Marqarita Simonyanın, Aram Qabrelyanovun, mənim və siyahısı açıqlanmayan naməlum şəxslərin qadağası barədə sual verdilər. Belə çıxır ki, onlar vətənə (Rusiyaya) Ermənistana etdiklərinin ən azı 1 faizini etsəydilər, “onlar”, yəni biz “onların vətəninin ərazisinə belə vizasız daxil ola bilməzdik”. Bəs “onlar”, yəni biz nə etmişik? Mənim siyahım var. Mən erməni deyiləm, Ermənistan vətəndaşı deyiləm və heç vaxt olmamışam. Amma mən otuz ildən artıq ictimai, siyasi və parlament fəaliyyətim ərzində tarixi yaddaşı, rus və erməni xalqları arasında dostluğu, Ermənistan tərəfindən tanınmayan “Qarabağ”ı (qondarma qurum-red.) dəstəkləməyi müdafiə etmişəm. Ermənistanda çoxlu dostum var, amma Baş nazirin sözlərinə görə, mən yanlış insanlarla dostluq edirəm. Yeri gəlmişkən, keçən il qadağadan sonra o, Ermənistanın indiki səfirini mənim yanıma göndərdi. Yazıq səfir! Nikol Paşinyanın məni sevməməsinin əsl səbəbi başqalarına qarşı olduğu kimidir. Nikol hesab edir ki, “Ermənistan mənəm”. Ən azından XIV Lüdovikin bəzi əsasları var idi. Paşinyanın əsasları nədən ibarətdir? Məlum olduğu kimi, o, “Qarabağ Ermənistandır, vəssalam” deyib. Bəs bu onda necə alındı?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zatulin   Paşinyan  


Bizi "telegram"da izləyin