NATO-da kəşfiyyat məlumatlarının mübadiləsində Türkiyə imzası – Böhran İdarəetmə Təlimindən DETALLAR

2023/03/1679047665.jpg
Oxunub: 349     17:50     17 Mart 2023    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbərliyi ilə mühəndislik, texnologiya və məsləhətçilik sahələrində kritik layihə və həllər əldə edən STM Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət şirkəti inkişaf etdirdiyi qərar-dəstək sistemləri ilə NATO-ya dəstəyini davam etdirir.

STM “ThinkTech” hazırladığı elastiklik modeli və modelin istifadəsi üzrə məsləhət xidməti ilə 9-15 mart 2023-cü il tarixləri arasında baş tutmuş NATO üzrə Böhran İdarəetmə Təlimində (Crisis Management Exercise –CMX) onlayn olaraq iştirak edib.

STM “ThinkTech”in hazırladığı İnteqrasiya Edilmiş Elastiklik Modeli (Aggregated Resilience Model) təlim ssenarisinə uyğun olaraq, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrin Ali Qərargahında (SHAPE) mülki imkan və qabiliyyətlərin hazırlıq səviyyələri və onların hərbi elementlərə göstərə biləcəkləri dəstəklə bağlı aparılacaq təhlil və qiymətləndirmələrdə istifadə olunacaq.


Güleryüz: “NATO-ya türk həllərini gətirməyə davam edəcəyik”

STM baş direktoru Özgür Güleryüz STM olaraq illərdir NATO-da müxtəlif mühəndislik layihələri həyata keçirdiklərini və STM-nin NATO təcrübəsinin uzun illər əvvələ gedib çıxdığını bildirib. STM “ThinkTech”in NATO-ya qərar-dəstək sistemləri sahəsində 6 fərqli ixracat etdiyini xatırladan Güleryüz bildirib ki, NATO-ya təqdim olunan İnteqrasiya Edilmiş Elastiklik Qərar-Dəstək Modeli NATO-nun təlim və məşğələlərində mühüm rol oynayır.

“Modelimiz NATO-ya strateji səviyyədə qərar-dəstək təmin etməklə yanaşı, atılacaq addımlar və görüləcək tədbirlər baxımından səlahiyyətlilərin qərar qəbul etmə proseslərinə şərait yaradır. Mühəndislərimiz və ekspertlərimiz tərəfindən imzalanmış bu model indi NATO-nun ən yüksək səviyyəli illik planlaşdırılmış təlimlərindən biri olan Böhranların İdarə Edilməsi Təlimində istifadə olunur. Zəlzələ kimi təbii fəlakətlər zamanı mülki infrastrukturun, qurğu və imkanların vəziyyətinin və onların hərbi əməliyyatlara dəstək potensialının təhlil edilən təlimdə STM “ThinkTech” şirkəti fəal iştirak edib. Türk mühəndislər tərəfindən hazırlanmış həlləri NATO kimi beynəlxalq hərbi təşkilatın qərargahına və təlimlərinə daşımağa davam edəcəyik”, - deyə o qeyd edib.

STM İnteqrasiya Edilmiş Elastiklik Modeli ilə NATO-nun qərar qəbul etmə prosesini sadələşdirir

İnteqrasiya Edilmiş Elastiklik Modeli pandemiyalar, müxtəlif təbii fəlakətlər, elektrik enerjisinin kəsilməsi, kiberhücumlar və geniş miqyaslı insan fəaliyyətləri kimi strateji şokların baş verdiyi situasiyalarda qərar qəbuletmə proseslərinə dəstək vermək üçün NATO-nun sistem təfəkkürü yanaşması və sistem dinamikası metodundan istifadə etməklə işlənib hazırlanıb.

Model strateji zərbələrin təsirlərini və onların yaradacağı kritik dəyişiklikləri, habelə mülki və hərbi sistemlər üçün mümkün nəticələri təhlil edir. Hazırlanmış modeldə şok növlərinin enerji, nəqliyyat, rabitə və kommunikasiya kimi müxtəlif infrastrukturlara son təsirləri və mümkün riskləri də ssenari əsasında təhlil edilə bilər.


NATO Böhran İdarəetmə Təlimi

NATO Böhran İdarəetmə Təlimi (CMX) NATO-nun əsas missiyaları olan “Ümumi Müdafiə” və “Böhranların İdarə Edilməsi” imkanlarını təkmilləşdirmək məqsədilə, NATO Dövlət və Hökumət Başçıları Sammitlərində qəbul edilmiş qərarlara uyğun olaraq ümumi ssenari üzrə NATO tərəfindən təşkil edilir. Sözügedən təlimdə NATO-ya üzv ölkələrin paytaxtlarında yerləşən mülki və hərbi personal, NATO Qərargahı və strateji komandanlıqlar iştirak edir.

STM-nin NATO Təcrübəsi

STM əvvəllər NATO üçün yüksək əlavə dəyərə malik mühüm mühəndislik layihələri həyata keçirmişdi. STM, həmçinin rabitə və informasiya sistemlərinin satınalınması, quraşdırılması və saxlanmasına cavabdeh olan NATO Rabitə və İnformasiya Agentliyinin (NCI Agency) alyans çərçivəsində kəşfiyyat məlumatlarının yönləndirilməsi, toplanması, işlənməsi və paylanması üçün keçirdiyi iki mühüm tenderin qalibi olub.

İmzalanmış INTEL-FS2 Layihəsi ilə STM NATO-nun kəşfiyyat infrastrukturu üçün proqram təminatının hazırlanmasına başlayıb. NATO-nun dünya üzrə bütün qərargahları arasında kəşfiyyat məlumatlarının mübadiləsi bu proqram vasitəsi ilə həyata keçiriləcək. NATO üçün komanda və nəzarət sahəsində də layihələr həyata keçirən STM bütün döyüş meydanında situasiya məlumatlılığını əhəmiyyətli dərəcədə dəstəkləyəcək NATO “Integration Core” (INT-CORE) layihəsini uğurla başa vurub.


Qərar qəbul edənlərə doğru məlumatın lazımi anda verilməsini təmin edən INT-CORE komanda nəzarəti, birgə foto, döyüş sahəsi, missiya və s. ilə bağlı məlumatların yayılmasını dəstəkləmək üçün komanda və nəzarət iş proseslərini ehtiva edir. STM, həmçinin NATO-nun Əfqanıstan Missiya Şəbəkəsinin İnteqrasiya Əsası (AMN INT CORE) Layihəsini həyata keçirib. Bundan əlavə, STM NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi ilə dəniz təhlükəsizliyi sahəsində Xoşməramlı Protokola imza atıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Türkiyə   Təlim  


Bizi "telegram"da izləyin