- ALBATROS NG hava hücumundan müdafiə sistemi (MBDA)
- 2×3 ədəd P-282 hipersəs “yer-yer” idarə olunan raket sistemi (Pakistan)
- 1 ədəd 76 mm “Super Rapido” əsas topu (LEONARDO)
- 2 ədəd üç borulu buraxılış qurğusu olan torpedo işəsalma sistemi (LENARDO)
- 1 ədəd GÖKDENİZ yaxın mənzilli hava hücumundan müdafiə sistemi (ASELSAN)
- 2 ədəd STOP 25 mm UKSS (ASELSAN)
- YAKAMOS gövdəyə quraşırılan sonar sistemi (METEKSAN)
- HIZIR torpedo aldatma sistemi (ASELSAN)
- SMART-S 3 axtarış radarı (ASELSAN)
- STIR MK-2EO atəşə nəzarət radarı (ASELSAN)
- ADVENT döyüş idarəetmə sistemi (HAVELSAN)
- ARES 2N radar elektron dəstək sistemi (ASELSAN)
ALBATROS NG hava hücumundan müdafiə sisteminin PN MİLGEM-də yer alacağını göstərən ilk görüntülər daha əvvəl ortaya çıxmışdı və layihənin ilkin mərhələlərində 16 ədəd Çin mənşəli HHQ-16 orta hündürlüyə malik hava hücumundan müdafiə raketinin də yer alması planlaşdırılırdı. ALBATROS NG sisteminə “soyuq start”a malik şaquli buraxılış qurğusu, atəşə nəzarət bölmələri və CAMM-ER orta mənzilli hava hücumundan müdafiə raketləri daxildir və quru platformalarına uyğunlaşdırıla bilər.

Gəmi əleyhinə sursat seçimi olaraq, Pakistanın hipersəs sürətinə çata bilən gəmi əleyhinə ballistik raketi P-282-nin İslamabad üçün PN MİLGEM-ə strateji əhəmiyyət qatacağı qeyd oluna bilər. Yüksək sürəti sayəsində uzaq məsafəyə malik olan və manevr imkanlarının da verdiyi töhfə ilə qarşısının alınması çətin olan gəmi əleyhinə ballistik raketlər düşmən gəmiləri ilə yanaşı qurudakı strateji elementlərə də hücum etmək üçün əlverişlidir. 2020-ci ildə ictimaiyyətə açıqlanan P-282-nin heç bir təsviri yoxdur.
Bir çox fərqli ölkələrin silah və sensor sistemlərinə ev sahibliyi edən PN MİLGEM, həmçinin potensial ixrac müştəriləri üçün MİLGEM dizaynının və ADVENT döyüş idarəetmə sisteminin çevikliyini nümayiş etdirir.
Dəyanət Ağalarlı
Ordu.az