Katerin atış sınağı
İran İnqilab Keşikçiləri Korpusu Fars körfəzində kiçik katerlərlə sıx şəkildə mövcudluq sərgiləyirlər. Bunun səbəbi Fars dənizinin dayaz olmasıdır. Platformada VLS mövcudluğu aydın görünür. Katerin yuxarı hissəsində bir günbəz də var. Lakin günbəzin içərisində radar olub-olmadığı məlum deyil. Konsepsiyada daha bir maraqlı məsələ VLS-dəki raketləri hansı radarın yönləndirəcəyidir. Katerdə naviqasiya radarından başqa heç bir radar görünmür.

Araşdırmalara görə, “Zülfikar” sinfi olaraq adlandırılan kater əsas silah kimi qısa mənzilli “yer-hava” raketləri ilə silahlanıb. Bununla belə, biz bunu mikro AEGIS esminesindən daha çox dənizdə işləyən “Tor” hava hücumundan müdafiə sistemi kimi düşünə bilərik. Potensial olaraq bu kater bir çox başqa katerlər üçün qısa mənzilli hava hücumundan müdafiəni təmin edə bilər.

Bu, kontekstdən asılı olaraq dəyişə bilsə də, onları hədəf almaq üçün istifadə olunan helikopterlərin qarşısını ala bilər. Kiçik katerlər hava hücumuna həssasdır və bəziləri MANPADS daşıyır. İddialara görə, bu kater uyğun “yer-hava” raket sisteminə malik ilk kater kimi təsnif edilə bilər. Kabinənin üstündə böyük günbəz və arxasında VLS (şaquli buraxılış qurğusu) var. VLS 15 km mənzilli “Nawab” qısa mənzilli hava hücumundan müdafiə raketinə uyğundur. Bu, İranın Rusiyadan aldığı SA-15 GAUNTLET (Tor) sistemindən fərqlidir. Gəminin gövdə formasının İranın əvvəllər aldığı Britaniya dizaynlı “Bladerunner” gəmisindən götürüldüyü aşkardır. Hazırda yalnız bir belə kater qeydə alınıb, ona görə də onun geniş şəkildə istifadə edilib-edilməyəcəyi məlum deyil.
Dəyanət Ağalarlı
Ordu.az