Şimali Koreya iki ballistik raket buraxıb

2021/09/4e3e7-1632888902.jpg
Oxunub: 168     03:54     14 Mart 2023    
Şimali Koreya iki qısa mənzilli ballistik raket buraxıb.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreya hərbçilərinə istinadən "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilir ki, raketlər yerli vaxtla saat 07:41-dən 07:51-dək (Bakı vaxtı ilə saat 02:41-dən 02:51-dək) ​​Xvanxe-Namdo əyalətinin Çanqyonq rayonundan Şərq dənizi istiqamətinə doğru buraxılıb.

"Yonhap" agentliyinin məlumatına görə, daha əvvəl bu ərazidən heç bir ballistik raket buraxılışı qeydə alınmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Ballistik-raket  


Bizi "telegram"da izləyin