Ukrayna Baş Qərargahı: Rusiya ordusu Zaporojyeyə ondan çox hava zərbəsi endirib

2023/03/24557-1678557934.jpg
Oxunub: 294     21:40     11 Mart 2023    
Rusiya ordusu gün ərzində Zaporojyeyə ondan çox hava və iki raket hücumu həyata keçirib.

Ordu.az-ın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat hesabatında deyilir.

Məlumata görə, gün ərzində Zaporojye şəhərinə 12 hava zərbəsi endirilib. S-300 zenit-raket kompleksindən mülki infrastruktur obyektinə zərbə endirilib, nəticədə bir bina dağılıb.

Mülki əhali arasında ölən və yaralanan yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin