Şolts martın 18-də Yaponiyaya səfər edəcək

2022/04/625ef-1650398122.jpg
Oxunub: 182     12:57     10 Mart 2023    
Almaniya kansleri Olaf Şolts martın 18-də Yaponiyaya səfər edəcək.

Ordu.az xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bu gün keçirilən ənənəvi mətbuat konfransında bildirib.

Bildirilib ki, Şolts iki ölkə arasında geniş formatda məsləhətləşmələrdə iştirak edəcək.

“Həmçinin səfər çərçivəsində ölkə liderləri arasında ikitərəfli görüş keçiriləcək” – deyə Hirokazu Matsuno əlavə edib.

O da əlavə olunub ki, ikitərəfli münasibətlər və digər məsələlərlə yanaşı, Yaponiyanın sədrliyi ilə may ayında Hiroşimada keçiriləcək G7 sammitinə hazırlıq məsələləri müzakirə ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şolts   Yaponiya  


Bizi "telegram"da izləyin