Britaniya kəşfiyyatı: Baxmutda Ukraynanın müdafiəsi zəifləməyə davam edir

2022/07/1658383525.jpg
Oxunub: 320     11:25     07 Mart 2023    
Baxmutda Ukraynanın müdafiəsi hər iki tərəfdən zəifləməyə davam edir.

Ordu.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd edilib.

Bildirilib ki, həftə sonu Ukrayna qüvvələri Rusiyanın şəhərin şimalındakı hücumlarından sonra ehtimal ki, müdafiə perimetrini sabitləşdirib. Qeyd olunub ki, palçıqlı şərait daha çox torpaq yollardan istifadə edən Ukraynanın tədarük səylərini ləngidir.

Məlumatda əlavə edilib ki, “Vaqner” qrupu ilə Rusiya Müdafiə Nazirliyi arasında sursat ayrılması ilə bağlı açıq narazılıqlar hazırkı taktikalarla irəliləyiş əldə etmək üçün yüksək səviyyədə şəxsi heyət və sursata ehtiyac olduğunu göstərir.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baxmut   Ukrayna  


Bizi "telegram"da izləyin