Ordu.az xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Agentliyi məlumat yayıb.
Diktorun açıqlamasına görə, raketə məhvetmə siqnalı göndərilib.
Daha əvvəl bildirilmişdi ki, Yaponiya Kaqosima prefekturasındakı Taneqasima kosmodromundan yeni H3 raketinin ilk buraxılışını uğurla həyata keçirib.
***
Yaponiya yeni H3 raketinin ilk buraxılışını həyata keçirdi.
Ordu.az xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Agentliyi (JAXA) məlumat yayıb.
Buraxılış Kaqosima prefekturasındakı Taneqaşima kosmodromundan uğurla həyata keçirilib.
Qeyd olunur ki, raketin buraxılışı müxtəlif səbəblərdən üç dəfə təxirə salınıb.
30 oktyabr 2022-ci ildə Yaponiya Müdafiə Nazirliyinin məlumat toplamaq üçün orbitə inteqrasiya olunmuş 50 peykin orbitə buraxılmasını nəzərdən keçirdiyi bildirildi.
Ordu.az