Ordu.az-ın məlumatına görə, erməni politoloq Andrias Qukasyan hesab edir ki, sülh gündəmi, əslində, Rusiya-Türkiyə-Azərbaycan planıdır və ona əsasən, Qarabağ Azərbaycana keçməlidir.
“Mən bunu xain hərəkət hesab edirəm. Sülh gündəmi də boş sözlərdir, çünki söhbət ermənilərin Qarabağdan “deportasiya edilməsi”ndən gedir. Nə Avropa dövlətləri, nə Avropa İttifaqı, nə də Minsk qrupunun digər həmsədr dövlətləri bu planı qəbul etmir və dəstəkləmir. Paşinyanın cəhdləri boşa çıxır”, - deyə o qeyd edib.
Qukasyan iddia edib ki, Qərb belə qiymətə sülhü istisna edir.
“Mövcud vəziyyətə alternativ var. Üstəlik, bizim alternativimiz yoxdur, lakin bu plan həyata keçirilə bilməz. Rusiyanın, Türkiyənin, Azərbaycanın istəkləri reallaşa bilməz”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az