Yaponiya Çinin müdafiə büdcəsini artırmasından narahatdır

2023/03/china-1678079247.jpg
Oxunub: 2070     08:53     06 Mart 2023    
Çinin müdafiə büdcəsini artırmaq planları və ümumiyyətlə, ölkənin regionda hərbi fəaliyyətini genişləndirməsi Yaponiya və onun müttəfiqlərini ciddi narahat edir.

Ordu.az xəbər verir ki, bunu bazar ertəsi Yaponiya Nazirlər Kabinetinin Baş katibi Xirokadzu Matsuno mətbuat konfransı zamanı deyib.

"Çin müdafiə xərclərini ardıcıl və sürətlə artırır, öz hərbi gücünü lazımi şəffaflığı təmin etmədən aktiv şəkildə artırır. Çinin bu cür hərəkətləri ölkəmizi və bütün beynəlxalq ictimaiyyəti çox narahat edir", - deyə o bildirib.

X.Matsuno bir daha Çinin Cənubi Çin və Şərqi Çin dənizlərindəki hərəkətlərini tənqid edərək, Pekinin bölgədəki hərbi fəaliyyətinin indiyədək görülməyən bir çağırış olduğunu və Yaponiyanın buna müttəfiq ölkələrlə cavab verməli olduğunu vurğulayıb.

Xatırladaq ki, ötən bazar günü 14-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ən yüksək qanunverici orqan) 1-ci sessiyasının açılışında Çinin bu il üçün büdcə layihəsi təqdim olunub. Büdcə layihəsində xüsusilə qeyd edir ki, Çin müdafiə büdcəsini 7,2% artıraraq 1,553 trilyon yuana (təxminən 224,85 milyard dollar) çatdırmaq niyyətindədir. Eyni zamanda, dollar ifadəsində bu rəqəm ötən ildəkindən 1,8% azdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Çin  


Bizi "telegram"da izləyin