Ordu.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində deyib.
O qeyd edib ki, yazın ilk həftəsi Ukrayna əsgərləri və dövlətin müdafiəsinə kömək edən hər kəs Ukrayna qələbəsini daha da yaxınlaşdırdı - hücumları dəf etdi, düşməni məhv etdi, düşmənin mövqelərini və maddi-texniki təchizatını pozdu, sərhədləri və şəhərləri qorudu.
Ukrayna lideri Baxmut, Uqledar, Avdiyiv, Seversk, Svatovsk, Liman və Zaporojye istiqamətlərində dövləti müdafiə edən hər kəsə təşəkkür edib.
Ordu.az