Tokio təyyarələri ələ keçirmək üçün PUA-lardan istifadə imkanlarını araşdırır

2022/07/ga-as-1657599910.jpg
Oxunub: 354     16:39     05 Mart 2023    
Yaponiya hökuməti ölkənin hava məkanının sərhədlərinə xarici təyyarə və ya PUA-ların yaxınlaşması halında qırıcılardan deyil, pilotsuz aviavasitələrdən istifadə imkanını nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, bu barədə bazar günü "Nikkei" qəzeti məlumat yayıb.

Bu planlar Özünümüdafiə Qüvvələrinin şəxsi heyətinə qarşı ağır yüklə bağlıdır. Beləliklə, 2021-ci ildə onlar 1004 dəfə xarici müdaxilənin qarşısını almaq üçün qırıcıları yuxarı qaldırmalı olublar.

Müzakirə olunan variantda ilk növbədə, hava məkanına yaxınlaşan təyyarənin tipini və texniki xüsusiyyətlərini müəyyən etmək və ələ keçirmək üçün PUA-ların qaldırılması nəzərdə tutulur.

Yalnız hücum təhlükəsi halında qırıcılar təhlükəni məhv etmək üçün qaldırılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin