KXDR: BMT ABŞ və Cənubi Koreyadan təlimləri dayandırmağı tələb etməlidir

2017/12/full-1512458537eda34d13553c612e24f4dc0e656537d9_1512807851.jpeg
Oxunub: 331     11:08     05 Mart 2023    
Koreya yarımadasında vəziyyətin gərginləşməsinə ABŞ və Cənubi Koreyanın təxribat xarakterli hərəkətləri səbəb olur və BMT onlardan vəziyyətin gərginləşməsini dayandırmağı tələb etmək əvəzinə buna göz yumur.

Ordu.az xəbər verir ki, belə açıqlama ilə KXDR-in xarici işlər nazirinin beynəlxalq təşkilatlar üzrə müavini Kim Son Qyon çıxış edib.

“Planetdə hər hansı münaqişə və toqquşmanın ən kiçik riski ilə bağlı dərin diqqət və narahatlığını ifadə edən BMT-nin ABŞ və Cənubi Koreyanın suverenliyin pozulmasına və təhdidedici silahlı nümayişinə daim göz yumması təəssüf doğurur,” o, martın 5-də Koreyanın Mərkəzi Teleqraf Agentliyi tərəfindən dərc edilən şərhdə bildirib.

“BMT və beynəlxalq ictimaiyyət ABŞ və Cənubi Koreyadan Koreya yarımadasında vəziyyəti son dərəcə gərginləşdirən və qarşıdurma səviyyəsini məsuliyyətsiz şəkildə artıran təxribat xarakterli ritorika və hərəkətləri, birgə hərbi təlimləri dərhal dayandırmağı qətiyyətlə tələb etməlidir”, - Kim Son Qyon əlavə edib.

Qeyd edək ki, martın 4-də KXDR Xarici İşlər Nazirliyi ABŞ, Yaponiya və Cənubi Koreyanın “təhlükəli xətti” keçdiyini və buna dözməyəcəyini bildirib. Pxenyan nüvə silahının hazırlanmasının Koreya yarımadasında sülh və sabitliyin təmin edilməsinə yönəlmiş qarşılıqlı addım olduğunu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   BMT   ABŞ  


Bizi "telegram"da izləyin