Zaporojyedə Rusiyanın raket hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb

2023/03/78787-1677951525.jpg
Oxunub: 320     21:24     04 Mart 2023    
Rusiyanın Ukraynanın Zaporojye şəhərindəki yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib.

Məlumata görə, ölənlərdən biri körpədir. Daha öncə səkkizaylıq qızın ailəsi ilə birgə həlak olduğu bildirilmişdi.

Xilasedicilər 11 nəfər, həmçinin 4 pişik və iti qurtara biliblər.

Qeyd olunub ki, ərazidə axtarış-xilasetmə işləri davam edir.

Xatırladaq ki, martın 2-də səhər saatlarında Rusiya qüvvələri Ukraynanın Zaporojye şəhərindəki yaşayış binasını atəşə tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaporojye   Hücum  


Bizi "telegram"da izləyin