Rusiya ilə bağlı xüsusi tribunalın yaradılmasını dəstəkləyən ölkələrin sayı açıqlanıb

2023/02/dfgdf-1676985887.jpg
Oxunub: 210     02:40     04 Mart 2023    
Artıq 29 ölkə Rusiya ilə bağlı xüsusi tribunal yaradılması təklifini dəstəkləyib.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Lvovda Niderland və Estoniyadan olan həmkarları ilə görüşdən sonra verdiyi bəyanatda göstərilib.

Qeyd olunub ki, təklifi dəstəkləyənlər arasında hətta bir Latın Amerikası ölkəsi var.

“Əgər əvvəllər tribunalla bağlı söhbət o qədər də ruh yüksəkliyi yaratmırdısa və mücərrəd idisə, indi biz artıq gələcək tribunalın parametrləri üzərində əsaslı şəkildə işləyən ölkələrin koalisiyasını qurmuşuq” - deyə Kuleba bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin