Türkiyənin müdafiə sənayesi ixracatı: Fevral 2023

2023/03/MILGE-1677861425.jpg
Oxunub: 8125     20:10     04 Mart 2023    
Türkiyə müdafiə və aerokosmik sənaye sektorunun 2023-cü ilin fevral ayında ixracatı 303,4 milyon dollar olaraq açıqlanıb.

2023-cü ili yanvar ayındakı 281,4 milyon dollarlıq ixracatla açan Türkiyənin müdafiə və aerokosmik sənayesi bu il üçün hədəflənən 6 milyard dollarlıq ixracat üçün səylərini davam etdirir. 2023-cü ilin fevral ayında sektorun ixracatı əvvəlki ilin eyni ayına görə 6,7 faiz azalaraq 303,4 milyon dollar olaraq açıqlanıb.

Sektor 1 yanvar - 28 fevral 2022-ci il tarixləri arasında 620,4 milyon dollarlıq ixrac həyata keçirdiyi halda 2023-cü ilin eyni tarixləri arasında ümumi ixrac 584,9 milyon dollar olub.

2022-ci ildə 4,3 milyard dollarlıq ixracat reallaşdıran Türkiyə müdafiə və aerokosmik sənayesinin 2023-cü il üçün təyin etdiyi 6 milyard dollarlıq ixrac hədəfinə çatmaq üçün qarşıdakı 10 ayda ayda orta hesabla 541,5 milyon dollar ixrac həyata keçirməsi lazımdır.

Fevral ayında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “IDEX-2023” sərgisinə qatılan sektor apreldə Braziliyada, mayda Malayziyada, iyunda Fransada, sentyabrda Polşa və Böyük Britaniyada, oktyabrda Vyetnamda və noyabrda Səudiyyə Ərəbistanında keçiriləcək müdafiə və aerokosmik tədbirlərində iştirak edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin